Dünən Beynəlxalq Kitab Bağışlama günündə Qanun nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu və "Əli və Nino" kitab mağazası şəbəkəsinin rəhbəri Nigar Köçərli 170 saylı tam orta məktəbdə olublar.
Bakupost.az xəbər verir ki, məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqların sinfində olan naşir onlara kitab hədiyyə edib, söhbətlər aparıb, şəkillər çəkdiriblər.
Ş.Xuduoğlu məktəbin kitabxanasına da kitablar hədiyyə edib.