Ru
16:30 / 20 Noyabr 2024

Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir

Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir
Eye

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.

Bakupost.az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak edəcək.

Nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin Qanunvericilik komitəsinin sədri Vsevolod Fedoroviç Belikov və MDB PA Şurasının baş katibi Dmitri Arkadyeviç Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və 57-ci Plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar