Ru
15:46 / 06 Fevral 2025

Sahibi binanı təcili satmaq istədiyini açıqlayıb" - “Rossotrudniçestvo”nun rəhbəri

Sahibi binanı təcili satmaq istədiyini açıqlayıb" - “Rossotrudniçestvo”nun rəhbəri
824

"Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda Rusiya mədəniyyət mərkəzinin (Rus Evi) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib.

Bakupost.az Unikal-a istinadən xəbər verir ki, o, bu barədə “Rossiya-24” telekanalının efirində bildirib.

"Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında "Rus Evi" kimi tanınan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir", - deyə Primakov vurğulayıb.

Onun sözlərinə görə, Bakıdakı “Rus evi” icarəyə götürdüyü binanı ay yarım ərzində tərk etməlidir: “Çünki sahibi binanı təcili satmaq niyyətində olduğunu açıqlayıb. Danışıqlar aparılan digər binanın sahibi isə hələlik fasilə götürüb".

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar