Ru
23:18 / 01 Yanvar 2025

"Şahid"lər müdafiəni yardı, Zelenskinin ofisinə çatdı

"Şahid"lər müdafiəni yardı, Zelenskinin ofisinə çatdı
Eye

Kiyevdəki hədəflərə hücum edən Rusiya qüvvələrinə məxsus pilotsuz təyyarələr az qala Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisini vuracaqdı.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya öz Teleqram kanalında məlumat verib.

"Şahid"lər hava hücumundan müdafiəni keçərək az qala Ukrayna Prezidentinin Ofisini vuracaqdı. Bu, Ukrayna qüvvələrində hərbi idarəetmə ilə bağlı sistemli, uzun müddətdir davam edən problemlərin nəticəsidir", - o bildirib.

Qeyd edək ki, yanvarın 1-də Rusiya kamikadze dronlarının Kiyevə hücumu nəticəsində iki nəfər həlak olub, azı 7 nəfər xəsarət alıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar