Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib.
Bakupost.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Şahin Bağırovun digər əmri ilə Rəcəbova Aydan Şahin qızı Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Mehriban Əlizadə 2010-cu ildən sözügedən idarədə rəis müavini və rəis vəzifəsində çalışıb.