Ru
15:26 / 21 Fevral 2025

Şahin Bağırov onu rəis təyin etdi - FOTO

Şahin Bağırov onu rəis təyin etdi - FOTO
1147

Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinə yeni rəis təyin edilib.

Bakupost.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti mayoru Həsənli Tural Məhərrəm oğlu təyinat alıb. T.Həsənli 2024-cü ildən adıçəkilən idarə rəisi vəzifəsini icra edirdi.

Qeyd edək ki, DGK-nin Hüquqi Təminat İdarəsinin əvvəlki rəisi Sənan Muxtarov ötən il təqaüdə göndərilib. S.Muxtarov 32 il bu vəzifədə çalışıb.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar