Ru
14:30 / 11 Noyabr 2024

Şahin Diniyevin oğlu bu klubla işləyə bilər

Şahin Diniyevin oğlu bu klubla işləyə bilər
Eye

"Səbail"in baş məşqçisi Şahin Diniyevin həm köməkçisi, həm də oğlu Kərim Diniyev Azərbaycanın I Liqasında çıxış edən "Difai" klubunu çalışdıra bilər.

Bakupost.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu gün "Difai"də klubdaxili iclas keçiriləcək.

İdarə Heyətinin toplantısında yeni baş məşqçinin kimliyinə aydınlıq gətiriləcək.

Siyahıdakı bir neçə namizədin adı bəlli olsa da, əsas namizəd Kərim Diniyevdir.

O, bu sahədə yenidir. Bundan əvvəl Şahin Diniyevin oğlu atası ilə birgə çalışıb. 2022-ci ilin dekabrında "Səbail"də işə başlayan Kərim ötən həftəyədək məşqçi korpusunda yer alıb.

"Difai"ni cari mövsümdə Elgiz Kərəmli calışdırsa da, "Cəbrayıl"la ilk tur matçından sonra onun vəzifəsindən ayrılması məlum olub. Ardınca kluba Adil Mahmudov başçılıq etsə də, onunla da üç həftə sonra yollar ayrılıb.

Qeyd edək ki, "Fədailər"i sonuncu üç matça Aydın Qasımov hazırlayıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar