Ru
21:15 / 20 Noyabr 2024

Şahin Quliyev işdən çıxarıldı - Yerinə təyinat oldu

Şahin Quliyev işdən çıxarıldı - Yerinə təyinat oldu
Eye

Milli Məclisin Aparatında növbəti kadr dəyişikliyi edilib.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Şahin Quliyev vəzifəsindən azad edilib.

O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi. Şahin Quliyev uzun illər Milli Məclis Aparatında fəaliyyət göstərib. İxtisasca hüquqşünas olan dövlət qulluqçusu Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Məlumata görə, onun vəzifəsinə Nadir Sultanov gətirilib. O, 1974-cü ildə anadan olub. Beynəlxalq hüquq ixtisasına malik dövlət qulluqçusu əvvəllər İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri vəzifəsində çalışıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar