Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:03 / 26 Fevral 2024

Şahlar Əsgərov: "Lütfi Zadənin kəşf diplomu olmayıb" - VİDEO

23329
"Məktəblərdə bullinqin səbəbi yanlış idarəetmədir"

"Məktəbdə müəllim, evdə valideyn günahkardır, bəs küçədə?"

"Gənc olmaq Təhsil naziri işləməyə əsas vermir"


Əməkdar elm xadimi, professor Şahlar Əsgərov Bakupost.az -a geniş videomüsahibə verib.

O, müsahibədə Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdinin digər məktəbli qızı bullinqə məruz qoymasından, bu məsələdə məktəb, valideyn və bütövlükdə cəmiyyətin məsuliyyətindən danışıb.

Orta məktəblərdə belə halların tez-tez yaşandığını qeyd edən Ş.Əsgərov bütün bunların yanlış idarəetmədən qaynaqlandığını bildirib. O qeyd edib ki, Təhsil naziri postu da daxil olmaqla bu sahəki postlara təyinatlar insanların gənc və ya yaşlı olmasına görə deyil, təcrübəsi və qərar qəbul etmək bacarığı nəzərə alınaraq aparılmalıdır.

Ş.Əsgərov hesab edir ki, "repetitorluq təhsilə arxadan vurulan zərəbdir". Onun fikrincə, repetitorluq ləğv olunmalı, məktəbdə təhsil mühiti düzgün qurulmalı, kişi müəllimlərin sayı artırılmalıdır. Yalnız bu halda məktəblərin nüfuzunu özünə qaytarmaq olar.

Müsahibədə həmçinin dərsliklər, xaricdə təhsil, dəqiq elmlər sahəsindəki problemlərə də toxunulub.

Ətraflı videoda...





Zahid Nurəliyev
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar