Şairlər arasında kəndli-şəhərli davası: Tofiq Hüseyn "Sabir Rüstəmxanlı söhbətləri"ndə - VİDEO
4442
Xalq şairi, istiqlalçı millət vəkili Sabir Rüstəmxanlının müəllifi olduğu “Sabir Rüstəmxanlı söhbətləri” verişinin növbəti qonağı şair, publisist Tofiq Hüseyn olub.
BTV-nin efirində yayımlanan verilişdə millət vəkili Tofiq Hüseynin fəaliyyətindən söz açıb, onun jurnalistikada böyük xidmətlərinin olduğunu bildirib:
“O zaman mən Bakıda “Ədəbiyyat qəzeti”ndə qaldım, Tofiq bəy isə rayona qayıtdı, ailə qurdu, o vaxt Əli Bayramlıda “İşıq” qəzetində, ondan sonra digər qəzetlərdə müxbir, xüsusi müxbir vəzifələrində çalışdı. Amma hər halda Azərbaycan qəzetçiliyində, jurnalistikasında Tofiq Hüseynin xüsusi yeri var. Onun yazdığı publisist yazılar jurnalistikamızda önəmli yer tutur. Bu gün onun yetişdirdiyi xeyli şagirdləri var”.
Söhbət zamanı ağır ürək əməliyyatı keçirdiyini deyən şair Tofiq Hüseyn isə özünün “Ürək” şeirini oxuyub. Şair onu narazı salan məsələdən söz açıb, Azərbaycan Yazıçılar Birliyinin mükafatlandırmalar zamanı eyni yazıçı və şairlərin adını siyahıya saldığını bildirib.
Söhbət zamanı şair-yazıçılar arasında tez-tez gündəmə gələn şəhərli-kəndli məsələsinə də toxunulub. T.Hüseyn vaxtilə bu məsələ ilə bağlı yazıçı Əkrəm Əylisli ilə üz-üzə gəldiklərini deyib:
“Əkrəm Əylisli özü-özünü korladı, bir səhvinin ucbatından məhv oldu getdi. O vaxt onunla bu mövzuda üz-üzə gəlirdik. Amma şəhərli-kəndçi məsələsini ortadan çıxarmaq lazımdır. Yazıçı yazıçıdır, hansı istedadlıdırsa, onu irəli çəkmək lazışdır”.