Salyanda 19 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Bakupost.az -ın məlumatına görə, Salyanın Xələc kəndində dəm qazından boğulma hadisəsi baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü B.Aynur yaşadıqları evin hamamında dəm qazından zəhərlənib.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.