Ru
22:53 / 02 İyul 2024

Salyanda ağır qəza: bir ailənin 4 üzvü...

1218
Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Şorsulu kənd ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Quliyeva Raziya Abasağa qızı, 1961-ci il təvəllüdlü Quliyev Bəhram Pilağa oğlu, 2011-ci il təvəllüdlü Cavadov Kənan Seymur oğlu və 2023-cü il təvəllüdlü İsmayılzadə Fidan İlkin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər