Ru
11:19 / 10 Aprel 2025

Salyanda marketdə saxta spirtli içkilər aşkarlanıb - FOTOLAR

Salyanda marketdə saxta spirtli içkilər aşkarlanıb - FOTOLAR
Eye

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib.

Agentlikdən Bakupost.az -a verilən məlumata görə, baxış zamanı iaşə obyektində 8 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik və 8 ədəd 0.5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və saxta spirtli içkilərin satışa çıxarılmasının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar