“Şamaxı” komandası qış fasiləsində növbəti transferini reallaşdırıb.
Bakupost.az -ın məlumatına görə, bölgə təmsilçisi yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmamızın sabiq üzvü ilə 6 ay + 1 il olmaqla il yarımlıq müqavilə imzalanıb.
22 yaşlı futbolçu əvvəlki mövsümdə Estoniyanın “Levadiya” klubunun oyunçusu olub və son olaraq icarə əsasında “Nomme Yunayted” klubunda çıxış edib.