Ru
11:41 / 08 Fevral 2025

Şamaxıda qumarxana aşkarlandı - 5 nəfər TUTULDU

Şamaxıda qumarxana aşkarlandı - 5 nəfər TUTULDU
Eye

Şamaxıda qumarxana aşkarlanıb.


Bakupost.az xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E. Allahverdiyev, Z. Nəsibov, T. Pənahov və Ə. Quliyev, eləcə də obyektin sahibi N. Məlikov saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar