Ru
11:06 / 13 Yanvar 2025

Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi

Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi
Eye

Azərbaycan maliyyə nazirinin səlahiyyətlərini icra edən şəxs məlum olub.

Bakupost.az Teleqraf.com-a istinadla xəbər verir ki, hazırda nazirin vəzifələrini nazir müavini Azər Bayramov yerinə yetirir. O, 2004-cü ildən nazir müavini postunda çalışır.

A.Bayramov xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Əsasnaməsinə görə, maliyyə nazirinin bir birinci müavini və üç müavini var. Hazırda isə maliyyə nazirinin birinci müavin və digər iki müavin vəzifəsi boşdur.

Yanvarın 10-da maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. O, 2006-cı ildən bu vəzifədə çalışırdı.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar