Sankt-Peterburqun “Pulkovo” aeroportunda tətbiq edilən müvəqqəti məhdudiyyətlər ləğv olunub.
Bakupost.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib.
“Pulkovo”da bu gün yerli vaxtla 07:45-də tətbiq edilən 3 saatlıq məhdudiyyətlər sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyinin təmin olunması məqsədi daşıyırdı.
Məhdudiyyətin qüvvədə olduğu müddət ərzində 20 təyyarə ehtiyat aerodromlara yönləndirilib.