Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürülüb.
Bakupost.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Baş Prokurorluqdan bildirilib ki, Sarkisyana qarşı daha 3 maddə ilə iş açılıb: "İsakov prospekti və Yerablur Hərbi Panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı başlanan cinayət işində Sarkisyana qarşı 18 külli miqdarda mənimsəmə, 2 külli miqdarda çirkli pulların yuyulması və 3 cinayətə köməklik göstərmə maddələri ilə ittiham irəli sürülüb".
Sarkisyan həmçinin dövlət büdcəsinin yarım milyard dramına yaxın vəsaitin mənimsənilməsini təşkil etməkdə ittiham olunurdu və prokurorluğun apellyasiya şikayəti verdiyi birinci instansiya məhkəməsinin hökmü ilə ona bəraət verilib.