Ru
18:37 / 28 Mart 2025

“Saturn” planetinin halqaları yoxa çıxıb

“Saturn” planetinin halqaları yoxa çıxıb
Eye

Beynəlxalq tədqiqatçılar Günəş sistemimiizin qaz nəhəngi - Saturn planetinin qəflətən halqalarından məhrum olduğunu bildiriblər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Saturn qaz tipli planetlərə aiddir və əsasən hidrogen və helium, metan, ammonyak və ağır metal qatqılarından təşkil olunub. Yer sakinləri onu ilk növbədə ətrafında olan halqaları ilə seçə bilir. Onları ilk dəfə məşhur alim Qalileo Qaliley 1610-cu ildə kəşf edib. Halqalar buz və toz birləşməsindən ibarətdir və bəzi fərziyyələrə görə onları formalaşdıran Saturnun təbii peyklərindən püskürən vulkanlardır.

Halqalar çox nazikdir və planetin ekvator müstəvisində dəqiq yerləşir. Onların qalınlığı təxminən dörd kilometrdir. Bununla belə, çox genişdirlər, çünki on minlərlə kilometrə qədər uzanaraq müəyyən bir mövqeyi tutur və müşahidə üçün əlçatandırlar.

Saturnun halqaları kifayət qədər geniş olduğundan və Yerə müəyyən bucaq altında dönə bildiyindən, müşahidəçilər üçün olduqca gözəl bir mənzərə yaradır. Adi vaxtlarda Saturnun halqaları hətta kiçik teleskoplarla belə aydın şəkildə görünür.

2025-ci ildə Saturnun halqalarının "yoxa çıxması" ilk dəfə 23 martda müşahidə olunub, ikinci belə hal isə noyabrın 26-a təsadüf edəcək. Bu hadisə Yer kürəsinin istənilən nöqtəsindən müşahidə oluna bilər.

Növbəti belə kosmik hadisə isə 2031-ci ilə müşahidə olunacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar