Türkiyədə saxta içkilərə görə 52 şübhəli həbs edilib.
Bakupodt.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.
O, saxta içki istifadəsi səbəbindən baş verən ölüm halları ilə əlaqədar başladılan araşdırmalar çərçivəsində İstanbul və Ankarada ümumilikdə 52 şübhəlinin həbs edildiyini vurğulayıb.
Qeyd edək ki, yanvar ayından etibarən Türkiyədə 150-dən çox insan saxta spirtli içkidən zəhərlənərək ölüb.