Süni intellekt sahəsində mühüm kəşflər etmiş çinli alimlərin müəmmalı və erkən ölümləri narahatlıq doğurub.
Bakupost.az xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) nəşri öz məqaləsində bildirib.
Nəşr bunun "ABŞ və Çin arasında texnoloji müharibə" zamanı sənayeyə təzyiqlə bağlı narahatlığı artırdığını bildirib.
Belə ki, qəzet Pekindəki Megvii Technology şirkətinin baş elmi işçisi Sun Cianın 2022-ci ildə 45 yaşında qəfil xəstəlik səbəbindən vəfat etməsi barədə məlumat yayıb.
2023-cü ildə süni intellektlə işləyən, hərbi planlaşdırma üzrə ixtisaslaşan 38 yaşlı polkovnik Feng Yanhe “vacib missiyaya” gedərkən yolda ölüb.
Məqalədə deyilir ki, sənaye çox sürətlə inkişaf edir və rəqabət son dərəcə sərtdir. Alimlər gərgin tempdə və sağlamlıqları üçün risk altında işləyirlər.
Lalə,BakuPost