Ru
11:18 / 17 Dekabr 2024

"Sea Breeze"dən 63 televizor oğurlayan mühafizəçilərin MƏHKƏMƏSİ

"Sea Breeze"dən 63 televizor oğurlayan mühafizəçilərin MƏHKƏMƏSİ
Eye

"Sea Breeze Construction" MMC-dən külli miqdarda oğurluq edən 6 nəfərin məhkəməsi başlayıb.

Bakupost.az xəbər verir ki, oğurluq edən şəxslər MMC-nin mühafizəçiləri olub. Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilib. İlk olaraq təqsirləndirilən şəxslər-İlyasov Pərviz Etiram oğlu, Səfərli Arzuman Kamil oğlu, Allahverdiyev Qabil Xanmirzə oğlu, Məsimov Kamil Zöhrab oğlu, Qasımov Rəşad Malik oğlu və Mikayılov Kənan Zakir oğlu kanvoy vasitəsilə məhkəmə zalına gətirilib.


Təqsirləndirilən şəxslərdən birinin vəkili prosesdə iştirak etmədiyindən hakim məhkəmə prosesini 28 dekabr tarixinə kimi təxirə salınıb.

Xatırladaq ki, oğurluq hadisəsi bu ilin avqust ayında "Sea Breeze Construction" MMC-nin anbarında baş verib. Belə ki, MMC-də mühafizəçi işləyən şəxslər anbardan 63 ədəd televizoru oğurlayıblar.

Onlara qarşı oğurluq maddəsinin müxtəlif bəndləri ilə Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar