Ru
15:31 / 22 Yanvar 2025

"Seçki hələ başlamayıb, onlar artıq nəticələri pisləyir" - Belarus XİN

"Seçki hələ başlamayıb, onlar artıq nəticələri pisləyir" - Belarus XİN
510


Avropa Xarici Fəaliyyət Xidməti yanvarın 26-da Belarusda keçiriləcək prezident seçkiləri ilə bağlı əvvəlcədən bəyanat hazırlayıb. Həmin bəyanatda seçkilər pislənir və nəticələr tanınmır.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin nümayəndəsi Anatoli Qlaz brifinqdə bildirib.

“Belarus Xarici İşlər Nazirliyində Avropa Xarici Fəaliyyət Xidmətinin bəyanatı var. Qurum seçkilərdən sonra bu bəyanatı yaymağı planlaşdırır. Belarusda seçkilər yenicə başlayıb, orada isə artıq hər şey pislənib və tanınmayıb”, - deyə o vurğulayıb.

Belarus diplomatik idarəsindən qeyd edilib ki, Aİ-nin seçkilərlə bağlı əvvəlcədən hazırlanmış bəyanatının qəbulu daxili işlərə planlaşdırılmış müdaxilənin sübutu olacaq:

"Avropa diplomatiyası seçkilərlə bağlı əvvəlcədən hazırlanmış bəyanatla öz acizliyini bir daha etiraf edir".

Belarus Xarici İşlər Nazirliyi də Avropa Parlamentinin Belarusdakı seçkilərlə bağlı qətnamə layihəsini qərəzli adlandırıb.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar