Ru
10:16 / 23 Sentyabr 2024

Seçkidə uduzsam, bir daha namizəd olmayacağam - Tramp

607
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərində uduzacağı təqdirdə yenidən prezidentlik yarışına qatılmaq fikrində olmadığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, Tramp jurnalist Şaril Atkissonun proqramında iştirak edib və seçki gündəmini dəyərləndirib.

Seçkiləri uduzsa, 2028-ci il prezident seçkilərinə girməyi düşünüb-düşünmədiyini soruşduqda Tramp belə cavab verib:

"Xeyr, düşünmürəm. Amma ümid edirəm ki, uğur qazanacağıq".

78 yaşlı Tramp fikrini dəyişsə, seçkiləri uduzsa və növbəti prezident seçkilərinə qatılsa, 2028-ci ildə onun 82 yaşı olacaq.

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Tramp Ağ Evdəki kürsüyə çıxmaq üçün demokrat rəqibi Kamala Harrislə yarışacaq.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar