Ru
11:20 / 22 İyul 2024

Seçkilərdə nə qədər namizəd var?

1603
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1048 nəfər namizədlik üçün müraciət edib.

Bakupost.az xəbər verir ki, bunu Mərkəzi Secki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.


MSK sədri bildirib ki, onlardan 700-nün namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Onun sözlərinə görə, bütün proseslər axıra çatdırılana qədər seçki məntəqələrindəki veb-kameralar fəaliyyət göstərəcək: "1000 məntəqədə veb-kamera quraşdırılıb. Bu aşkarlığın ən yüksək göstəricisidir. Həmçinin qeyd edim ki, azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılıb".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar