Ru
23:59 / 10 Aprel 2025

Səfir: Azərbaycan və Rusiyanın "Rus Evi" ilə bağlı dialoqu davam edir

Səfir: Azərbaycan və Rusiyanın "Rus Evi" ilə bağlı dialoqu davam edir
Eye

"Azərbaycan və Rusiya arasında Bakıda "Rus Evi" ətrafındakı vəziyyətin nizamlanması üzrə dialoq davam edir".

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev deyib.

Səfir Azərbaycan tərəfi Moskvanın Bakıda "Rusiya Evi" ətrafındakı vəziyyətin nizamlanması üzrə göndərdiyi təklifləri öyrənib-öyrənməməsi ilə bağlı sualı cavablandırarkən bildirib:

"Ötən gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi cənab Xələfovun işgüzar səfəri başa çatdı, Rusiya tərəfi bu məsələni qarşımızda qaldırdı. Biz öz mövqeyimizi ifadə edərək qarşı tərəfə çatdırdıq ki, bütün bu təşəbbüslər, bütün bu layihələr milli qanunvericiliyə, tərəflər arasında imzalanmış sazişlərə ciddi şəkildə uyğun həyata keçirilməlidir, yeri gəlmişkən bizim belə bir sazişimiz var. Buna görə də bəli, təklif var, cavab mövqeyimiz var. Amma ən başlıcası odur ki, dialoq davam edir. Bu, çox mühümdür".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar