Ru
19:46 / 03 İyul 2024

Səfir türkiyəli futbolçuya görə XİN-ə çağırıldı

1357
Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakupost.az xəbər verir ki, almaniyalı diplomat ölkəsinin daxili işlər naziri Nensi Faserin Avropa çempionatının 1/8 final mərhələsində Avstriya ilə matç çərçivəsində "Bozqurd" salamı verən Türkiyə yığmasının futbolçusu Merih Demirala qarşı UEFA-dan sanksiya tələbi ilə bağlı Xarici İşlər Nazirliyinə dəvət olunub.

Türkiyə XİN UEFA-nın Merih Demirala qarşı araşdırma başlatmasını qəbuledilməz adlandırıb.

“Digər tərəfdən, Almaniya Federal Konstitusiyasını Müdafiə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda hər Bozqurd salamı verən şəxsin radikal sağçı adlandırıla bilməyəcəyi və Bozqurd işarəsinin Almaniyada qadağan olunmuş simvol olmadığı vurğulansa da, Merih Demirala qarşı Almaniyanın səlahiyyətli şəxsləri tərəfindən göstərilən reaksiyaların özü ksenofobiyadır.

Biz idman tədbirinin qeyd olunması zamanı heç kimin hədəf alınmadığı şəkildə tarixi və mədəni simvoldan istifadə edilməsinə siyasi motivli reaksiyanı pisləyirik”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər