Texas Universitetinin Sağlamlıq Elmləri Mərkəzinin (UTHealth) tədqiqatçıları səhər və gecə infarktlarının daha yüksək şiddətinin BMAL1 və HIF2A zülalları arasında pis qarşılıqlı əlaqə ilə bağlı olduğunu aşkar etdilər.
Bakupost.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.
Əvvəlki tədqiqatlar göstərib ki, səhər saatlarında infarkt keçirmək daha ciddi nəticələrə gətirib çıxarır - ölümcül aritmiya, ürək çatışmazlığı və ölüm riskinin artmasına. Lakin bunun səbəbləri uzun müddət naməlum idi.
Alimlər müəyyən ediblər ki, əsas amil iki zülal - BMAL1 və HIF2A arasında qarşılıqlı əlaqədir. Birincisi orqanizmin sirkadiyalı ritmlərini tənzimləyir, yuxuya, maddələr mübadiləsinə və hormonal fəaliyyətə təsir göstərir. İkincisi, infarkt zamanı zədələnməyə səbəb olan oksigen çatışmazlığı halında hüceyrələrin sağ qalmasına kömək edir.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, gecə saat 3 radələrində baş verən infarktlar daha ciddi ziyana səbəb olur: infarkt daha böyük, ürək çatışmazlığı riski daha yüksək olur. Gündüz infarktları, əksinə, daha az dağıdıcı oldu, çünki ürək hipoksiya (oksigen aclığı) ilə daha yaxşı mübarizə apara bilir.
Zaur,BakuPost