Ru
14:03 / 25 Aprel 2025

Şəhərin ortasında SUİ-QƏSD: Generalın avtomobili belə partladıldı - VİDEO - FOTO

Şəhərin ortasında SUİ-QƏSD: Generalın avtomobili belə partladıldı - VİDEO - FOTO
Eye

Rusiya paytaxtı Moskvada yaşayış binası yaxınlığında güclü partlayış baş verib. Partlayışa məruz qalan avtomobil daha sonra yanaraq tamamilə yanıb.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisənin qəsdən törədildiyi, yəni planlaşdırılmış sui-qəsd ola biləcəyi ehtimal olunur.

Partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsi rəisinin müavini Yaroslav Moskalik həyatını itirib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları və ekspert qrupları araşdırma aparır. Təhlükəsizlik tədbirləri gücləndirilib və rəsmi orqanlar əlavə məlumatın veriləcəyini bildiriblər.

Qeyd edək ki, oxşar şəkildə, 2024-cü ilin dekabrında Moskvada general Kirillov öldürülüb. Belə ki, hərbçinin evinin girişində dayanmış avtomobilə kamera quraşdırılıb ki, generalın çıxışına nəzarət edilsin. Kirillov girişdən çıxan zaman skuterə bərkidilmiş partlayıcı qurğu işə düşüb.

Fotoda : Yaroslav Moskalik

Fotoda: İqor Kirillov




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar