Ru
17:17 / 10 Mart 2025

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı daha bir layihə

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı daha bir layihə
Eye

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsinin qalibi olub.

İctimai Birliyin Analitik-İnformasiya Bölümündən verilən məlumatlara görə, layihə üç ay müddətində ( 01.06.2025 – 31.08.2025) gerçəkləşəcək.

Birliyin sədri Faiq Balabəyli layihə haqda fikirlərini bölüşüb:

"Layihənin əsas məqsədi torpaqlrımızın azadlığı uğrunda həyatlarından keçən, şəhidlik zirvəsinə yüksələn dənizçi ailələri və şərəfli döyüş yolu keçən dənizçilərimizlə ilə təmas, onların döyüş və həyat yolunu ictimaiyyətə daha yaxından təqdim etmək, xatirələrini əziz tutmaqdır.

Məlumdur ki, 2020-ci ilin sentyabr ayının 27-də başlayan və həmin ilin noyabr ayının 11-də qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi və eləcə də 1-ci Qarabağ savaşı, 2023-cü ilin sentyabr ayında 23 saatlıq lokal antiterror əməliyyatı zamanı şəhid olan döyüşçü dənizçilərin və onların ailələrinin, eləcə də müharibə iştirakçıları ilə mənəvi-psixoloji və digər istiqamətdə işlərin aparılması üçün adı çəkilən layihəni başlamağı təklif etmişik.

Məlumdur ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olnmasında çətin və şərəfli döyüş yolu keçən yüzlərlə dənizçi və dənizçi övladları var. Layihənin gedişi zamanı həmin insanlarla əlaqə saxlamaq, onlarla iş aparmaq, asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşəbbüslər həyata keçirməyi gerçəkləşdirəcəyik. 1-ci Qarabağ müharibəsi iştirakçısı olan dənizçilərimiz var ki, onların bəzilərinin məzarı sonradan işğal olunan torpaqlarımızda əsirlikdə idi. Onların dağıdılmış məzarlarını da aşkar edərək, bərpası üçün işlər görülməsi də təklif etdiyimiz layihənin tərkib hissəsidir ki, bu da şəhid ailələri ilə görüləcək işlərin əsasını təşkil edir.

Dənizçi şəhid ailələrinin və müharibə iştirakçılarının həm sağlamlıq, həm mədəni-mənəvi, psixoloji durumları ilə bağlı görüləcək işlər digər vətəndaşlarımızın da diqqətində olacaq.

Bu istiqamətdə görüləcək işlər tərəfimizdən ictimailəşdiriləcək. Hər bir müharibə iştirakçsı və şəhid ailəsinə dövlətin necə qayğı ilə yanaşdığı uğurla başa çatdıracağımız layihədə əyani olaraq bir daha görünəcək.

Layihə çərçivəsində ayrı-ayrı şəhid dənizçinin həyat hekayəsini öyrənmək, həyat və döyüş hekayətlərindən ibarət topladığımız və qələmə aldırdığımız matrealları kitab halında dərc etməklə onları daha geniş coğrafiyada tanıtmaqdır".

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar