Ru
22:28 / 31 Avqust 2024

Şəhid anası vəfat etdi - FOTO

3362

Vətən müharibəsi şəhidi Sadiqov Rəsul Həşim oğlunun anası Elnarə Sadıqova vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib.

Bildirilib ki, Elnarə Sadıqova xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Sadıqov Rəsul Həşim oğlu 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib. 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib.

2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.

O ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar