Ru
09:36 / 04 Mart 2025

Şəhid ataları vəfat etdi - Foto

Şəhid ataları vəfat etdi - Foto
Eye

Vətən müharibəsi şəhidi Kamran Quliyevin atası vəfat edib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin atası Dadaş Quliyev yaşadığı Salyan rayonunda dünyasını dəyişib.

1992-ci il təvəllüdlü Kamran Quliyev 2020-ci ilin oktyabrın 5-də Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi Xəqani Cəmillinin atası Mənsuz Cəmilov isə Yevlax rayonunda xəstəlik səbəbindən həyatını itirib.

Qeyd edək ki, Xəqani Cəmilli də Füzuli döyüşlərində şəhid olub. O, 1 oktyabr 2020-ci il tarixdə həlak olub və ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Fotoda şəhid Kamran Quliyev
Fotoda şəhid Xəqani Cəmilli



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar