Ru
18:02 / 16 İyul 2024

Şəhid atası deputatlığa namizəd oldu - FOTO

Şəhid atası deputatlığa namizəd oldu -  FOTO
7308

İkinci Qarabağ müharibəsi şəhidi, Xüsusi Təyinatlıların kəşfiyyatçısı Amal Qarayevin atası Ədalət Qarayev deputatlığa namizədliyini irəli sürüb.

Bakupost.az –ın məlumatına görə, o, seçkilərə Yardımlıdan qatılacaq.

Şəhid atası artıq sənədlərini 75 saylı Yardımlı-Masallı Seçki Dairəsinə təqdim edib.

Qeyd edək ki, Amal Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Ərus kəndində anadan olub. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Amal oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.










Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar