Ru
09:08 / 15 Aprel 2025

Şəhid atasını aldadaraq pulunu oğurladılar – VİDEO

Şəhid atasını aldadaraq pulunu oğurladılar – VİDEO
Eye

İsmayıllının Hacıhətəmli kəndində şəhid atasını aldadaraq pulunu oğurlayıblar.

Bakupost.az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə İsmayıllının Hacıhətəmli kənd sakini, şəhid atası 85 yaşlı Şamil Məmmədovun başına gəlib.


Şəhid atasının sözlərinə görə, 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər.

Şəxslərdən biri birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə birinci mərtəbədə pulları oğurlayıb.

Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib.

Araşdırma nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

Ətraflı süjetdə:


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar