Ru
11:24 / 13 Sentyabr 2024

Şəhid məqalələrinin silinməsi qalmaqalı böyüyür - Ramiz Rövşənin oğlu qruplaşmanı ifşa etdi

4556
Xəbər verdiyimiz kimi, Vkipediyadan 3000 şəhidimiz haqqında məqalələr silinib. Dünəndən bu məsələ ətrafında müzakirələr davam edir.

Bakupost.az xəbər verir ki, Vikipediya-Azərbaycanın inzibatçılarından olan Rövşən Əliyev də məsələyə münasibət bildirib.

O, azərbaycanca Vikipediyada şəhidlərimiz haqqında məqalələrin silinməsi ilə bağlı ona çox sayda suallar ünvanlandığını bildirib:

"Mən 2007-ci ildən azərbaycanca Vikipediyanın idarəçilərindən biriyəm. Amma son 3-4 ildə azərbaycanca vikipediyada olan haqsızlıqlar heç bəlkə onun buna qədər bütün tarixində olmayıb. Dəfələrlə Vikipediyanın özündəki müzakirələrdə bu haqda yazdığıma, hətta müəyyən məsələlər haqqında “525-ci qəzet”ə bir müddət qabaq açıqlama verdiyimə görə, burada da bununla bağlı qısaca yazacağam.

Təəssüflər olsun ki, son bir neçə ildir azərbaycanca Vikipediyada bir qruplaşma yaranıb, o qruplaşmanın təmsilçiləri səsvermələrin nəticələrinə təsir edə biləcək səviyyədə azviki idarəçilərinin sıralarına da sızıblar. Qruplaşmaya daxil olmayan inzibatçıların müəyyən hissəsini səsvermə yolu ilə idarəçilikdən uzaqlaşdıra biliblər. Yəni o qruplaşma hazırda azvikidə hansı vikipediyaçının bloklanmasının, kimin azvikinin idarəçisi olmasını, hansı məqalənin silinməsini, hansı məqalənin qalmasını və s. həll edir. Aktiv vkipediyaçılar da bilir ki, bu qruplaşmaya ən böyük etiraz edənlərdən biri mənəm. Məni də uzaqlaşdırmaq üçün gah səsvermə keçirirlər, gah müzakirə açırlar. Hələ ki, bir şey çıxmır. Çünki azərbaycanca vikipediyada hələ müəyyən qədər bitərəf, qruplaşma üzvü olmayan vikipediyaçı var".

Rövşən Əliyev qeyd edib ki, bitərəf vikipediyaçıları bir az da “seyrəldəndən” sonra həmin qrupıaşma bu istəyinə nail olacaq:

"Məqalə silinməsinə gəldikdə, o qədər gərəkli məqalə siliblər ki... Şairlər, yazıçılar, alimlər, jurnallar, qəzetlər haqqında... Birinə yazırsan ki, bunu belə etməyin, silməyin, 5-i birdən tökülüşüb gəlir ki, Vikipediya prinsipinə görə bu silinməlidir. Son vaxtlar azərbaycanca vikipediyada qəbul olunan müəyyən prinsipləri, xüsusilə də administrativ alətlərin idarəsi ilə bağlı olan prinsipləri də öz istəklərinə uyğunlaşdıra biliblər.

Adam illərlə zəhmət çəkib yazdığı məqalələrin bir anda silindiyini görəndə əlbəttə ki, həvəsdən düşür. Ona görə mən son vaxtlar çiçək-böcək haqqında məqalələri redaktə edirəm, çünki istənilən bitki və heyvan növü ensiklopedik sayılır, bu, ümumvikipediya prinsipidir. Amma məsələn, bizim “ağıllı” vikipediyaçılar bir prinsip quraşdırıb Səməd Vurğunu da qeyri-ensiklopedik şəxs çıxara bilərlər. Bir də ki, məqalələrini sildirdikləri alimləri, ziyalıları tanısaydılar, jurnalları, qəzetləri oxusaydılar, nədənsə xəbərləri olmuş olsaydı, dərd yarıydı.

Nəsə.. Son vaxtlar azvikidə gedən proseslərlə bağlı sadəcə 3 kəlmə deyə bilərəm. Təəssüf... təəssüf və təəssüf"...

Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar