Ru
18:55 / 11 Noyabr 2024

Şəhid qızı Avropa çempionu oldu - FOTO

Şəhid qızı Avropa çempionu oldu - FOTO
Eye

Azərbaycanın kiçikyaşlı yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatını 5 medalla başa vurublar.

Azərbaycan Taekvondo Federasiyasından Bakupost.az -a verilən məlumata görə, yarışda Dərya Hüseynova (24 kiloqram) və Esmanur Azayeva (36 kiloqram) qızıl, Şahin Abdullayev (48 kiloqram) və Aliyə Məmmədli (+57 kiloqram) gümüş, Yusif Zeynallı (52 kiloqram) isə bürünc medal qazanıblar.

Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan D.Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseynovun qızıdır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar