Ru
10:56 / 26 Fevral 2025

Səhiyyə nazirindən spirtdən ölən 15 nəfərlə bağlı - Açıqlama

Səhiyyə nazirindən spirtdən ölən 15 nəfərlə bağlı - Açıqlama
Eye

"15 nəfərin spirtli içkidən zəhərlənməsi ilə bağlı araşdırma aparılır”.


Bakupost.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Nazir əlavə məlumat verməyib.

Qeyd edək ki, Baş Prokurorluq 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlandığını və ibtidai istintaq aparıldığını açıqlamışdı.

Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar