Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində
keçirdiyi əməliyyatla bağlı yeni detallar üzə çıxıb.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Səidə Rüstəmovanın adı son günlərdə saxta setifikat məsələsində gündəmə gəlmişdi.
Elnur, BakuPost