Ru
16:10 / 16 Dekabr 2024

Şəhriyar nədə ittiham edildi? - VIDEO

Şəhriyar nədə ittiham edildi? - VIDEO
Eye

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İstanbulun Sabiha Gökçen Hava Limanında problemlə üzləşib.

Bakupost.az xəbər verir ki, bu barədə türkiyəli FİDE ustası Selim Gürcan “Satranc Okulu” kanalında məlumat verib.

O bildirib ki, bir neçə gün öncə Ş.Məmmədyarov Londonda iştirak etdiyi turnirdən geri dönərkən Sabiha Gökçen Hava Limanında gömrük işçiləri onu şübhəli bilərək saxlayıb və qaçaqmalçılıqda ittiham ediblər.

Hətta qrossmeysterin əlindəki şahmat alınıb və firuqların içinə bir-bir baxılıb. Daha sonra o, Azərbaycan şahmatçısı olduğunu bildirib.

Gömrük işçiləri internetdə onunla bağlı məlumatları oxuduqdan sonra üzr istəyərək keçməsinə icazə veriblər.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar