Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:23 / 24 Oktyabr 2024

Şəkidə 4 otaqlı ev yandı

665
Şəkidə 4 otaqlı fərdi yaşayış evi yanıb.

Bakupost.az A-ın APA-ya istinadla məlumatına görə, rayonun Aşağı Göynük kəndində, kənd sakini Zəminə Lətif qızı Mustafayevaya məxsus, ümumi sahəsi 176 kv/m olan kürsülü bir mərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar