Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:34 / 20 Oktyabr 2024

Şəkidə 6 otaqlı evdə yanğın olub

872
Şəkidə 6 otaqlı fərdi yaşayış evində yanğın olub.

Bakupost.az axşam saatlarında Şəki şəhəri H. Sarabski küçəsində Akif Süleyman oğlu Hacıbabayevə məxsus ümumi sahəsi 615 kv/m olan kürsülü birmərtəbəli 6 otaq, şüşəbənd və eyvandan ibarət fərdi yaşayış evinin mətbəx hissəsində yanğın baş verib.

Yanğın söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar