Şəkidə “Kamaz” piyadanı vurub, daha sonra traktorla toqquşub.
Bakupost.a -ın APA-ya istinadən məlumatına görə, axşam saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “Kamaz” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, “Kamaz” və traktorun sürücüsü xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Qəza zamanı hadisə yerində həyatını itirən 1956-cı il təvəllüdlü Şəki rayonu Köndələn kənd sakini Yusif Cabbar oğlu Mustafayevdir.
Qəzada xəsarət alanlar 1994-cü il təvəllüdlü Aşağı Göynük kənd sakini Abdullayev Samir Nazim oğlu Abdullayev, 1990-cı il təvəllüdlü Balakən rayon sakini Oruc Qurban Muradovdur. Yaralıların müalicəsi Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) davam etdirilir.