Ru
21:54 / 04 İyul 2024

Şəkidə ev yandı

1382
Şəkidə hazırda yaşayış olmayan və sahibi bilinməyən fərdi yaşayış evində yanğın baş verib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, axşam saatlarında rayonun Çələbixan qəsəbəsində qeyd əalınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində ümumi sahəsi 91 kv/m olan 3 otaqdan ibarət evin mətbəxti və sanitar qovşağının 21 kv/m-lik sahəsi, dam örtüyünün isə 35 kv/m-lik sahəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər