Ru
01:08 / 13 Dekabr 2024

Şəkidə iki ailənin yaşadığı evdə yanğın oldu

Şəkidə iki ailənin yaşadığı evdə yanğın oldu
Eye

Şəki şəhəri, Vüqar Məmmədov küçəsində yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Bakupost.az -a Fövqəladə Hallar Nazirliyi Şəki Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Bildirilib ki, iki ailənin yaşadığı ümumi sahəsi 190 kvadratmetr olan kürsülü, birmərtəbəli, 7 otaq və iki aynabənddən ibarət fərdi yaşayış evində yanğının söndürülməsi üçün Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində Şəki şəhər sakinləri 48 yaşlı Rövşən Məsimzadəyə məxsus ümumi sahəsi 120 kvadratmetr olan 3 otaq və iki aynabənddən ibarət evin yanar konstruksiyaları, eləcə də 52 yaşlı Ruhiyyə İsrafilovaya məxsus ümumi sahəsi 90 kvadratmetr olan 4 otaqlı evin isə dam örtüyünün 70 kvadratmetri yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Baş vermiş hadisənin təfərrüatları araşdırılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar