Hansı bank etibarlıdır? - SORĞU
Ru
00:54 / 24 Oktyabr 2024

Şəkidə qəza: 2 nəfər xəsarət aldı

497
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Bakupost.az- ın məlumatına görə, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Balakən rayon sakini İmran Məmmədov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə hərəkərdə olarkən əraziyə qoyulmuş yol nişanına nəzərət etməyərək maşını qum ambarına çırpıb.

Qəza zamanı sürücü xəsarət almasa da avtomobildə olan iki nəfər -Balakən rayon sakinləri 1981-ci il təvəllüdlü Əziz Aydın oğlu Kaltayev və 1962-ci il təvəllüdlü Fərman Ömər oğlu Kaltayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar