Müğənni və aktrisa Selena Qomez həddindən artıq arıqlamasının səbəbini açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Selena Qomez fevralın 23-də Hollivudda keçirilən Amerika Kinoaktyorları Gildiyasının mükafatlandırma mərasimində dəyişmiş fiqurasını nümayiş etdirib. Pərəstişkarları məşhurun görünüşündəki dəyişiklikdən şoka düşüb və onun məşhur dərman “Ozempic”in köməyi ilə arıqladığını iddia ediblər. Ancaq pop müğənni çəkisinin qeyri-sabit olmasının sistemik lupus və SIBO adlı bağırsaq xəstəliyi üçün qəbul etdiyi dərmanlarla əlaqəli olduğunu bildirib.
“Özümü pis hiss edirəm. Nazik bağırsağımda SIBO var. Ağırlaşır. Mənim bu cür bədənim yoxdur. Söhbət bitdi. Xeyr, mən qurban deyiləm. Mən sadəcə bir insanam”, - deyə Selena Qomez TikTok-da fiqurası müzakirə edilən videoya şərh yazıb.
Lalə, BakuPost