Ru
16:14 / 04 Fevral 2025

Səməd Vurğunun qohumundan Əlisa Nicata CAVAB: Şizofrenik!

Səməd Vurğunun qohumundan Əlisa Nicata CAVAB: Şizofrenik!
1191

Tanınmış hüquqşünas, görkəmli Xalq şairi Səməd Vurğunun qohumu Səməd Vəkilov yazıçı, tərcüməçi və filosof Əlisa Nicata cavab verib.

O, Səməd Vurğun barəsində "yaltaq" ifadəsini səsləndirən Əli Nicatı şizofirenik adlandırıb.

Bakupost.az xəbər verir ki, Səməd Vəkilov Modern.az-a açıqlamasında Azərbaycanın ilk Xalq şairi, əsərləri Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilmiş Səməd Vurğun haqqında səsləndirilən qeyri-etik ifadənin mətbuatda tirajlanmasından təəssüfləndiyini vurğulayıb.

“Təəssüf ki, media bir şizofirenikin sərsəmləmələrini yayıb”.


"Əlisa Nicat deyib ki, “Məhəmməd Peyğəmbərə güzəştə getdim”. Bu sözlərin müəllifinin hansı ağılın yiyəsi olduğunu anlamaq olar. Yazdıqları heç nəyə yaramayıb. İndi də Səməd Vurğunun üstünə qısqırdıblar. Bu ucuz adamla ucuz variantla ancaq ikrah hissi yarada bilərsiniz. Bu ünsür həyatda yalnız sərsəmləmələri ilə qalacaq. Yaltaq sənsən!”, - S.Vəkilov əlavə edib.

Hüquqşünas bildirib ki, Səməd Vurğunun ailəsindən heç kim Əlisa Nicatı sayıb ona cavab verməyəcək: “Mən də bu açıqlamanı mətbuatda yazılanları nəzərə alaraq məcburiyyətdən verirəm”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar