Ru
01:06 / 21 Sentyabr 2024

Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var

617
Şəmkir şəhər ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin 4-cü küçə ərazisində qeydə alınıb.

"VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü T.Abidi, 2002-ci il təvəllüdlü C.Namazov və 2003-cü il təvəllüdlü B.Əliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar