Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası olub.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazsindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Niva" ilə "VAZ 2106" markalı minik maşınları toqquşub.
Qəza zamanı 5 nəfər ölüb.
****
Bu gün saat 00:05 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan bir nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1996-cı il təvəllüdlü şəxsə burunun, alının və təpə nahiyəsinin, hər iki əlin üst səthinin sıyrılmış yarası diaqnozu qoyulub. Zəruri ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəx olduğu üçün ambulator müalicə üçün evə buraxılıb.
5 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.