Ru
09:07 / 15 Sentyabr 2024

Azərbaycanda həkimi maşın vuraraq öldürdü

3061
Şəmkir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin 5-ci küçəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil 1960-cı il təvəllüdlü Ziyafət Səmədzadəni vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışıb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar